EN

“HƏLƏB TÜRK TORPAĞIDIR, SIRADA MƏNBİCDİR” – “Rusiya və İranın dəstəklədiyi qətliamları unutmadıq”

“Bölgəmizdə daşlar yerindən oynayır. Hərəkət edən daşlar hələ də yerinə oturmayıb”.

“AzPolitika” xəbər verir ki, bunu Türkiyə parlamentindəki qrup toplantısında MHP sədri Dövlət Baxçalı deyib.

MHP lideri Bəşər Əsədi nə qədər gec deyil, Türkiyənin uzatdığı əli tutmağa çağırıb: “Suriyada cəbhə üstünə cəbhə açılır… Əsəd Türkiyənin uzadılmış əlini tutmayıb, qulağını bağladı. O, türk hərbçilərinin terrorla mübarizəsini həzm edə bilmədi. Suriya mübahisəli dövlət vəziyyətindədir. Fikrimizcə, hələ gec deyil. Dialoq qurması öz xeyrinədir. Əsəd ilkin şərt olmadan Türkiyə ilə əlaqə yaratmalıdır. Türkiyənin heç bir torpaqda gözü yoxdur. Türkiyə ilə Suriya arasında diplomatiya və dialoq prosesləri üçüncü tərəflərin heç bir pozucu təsiri olmadan canlandırılmalıdır. Başqa çarə və çıxış yolu yoxdur”.

Baxçalı deyib ki, Hələb Türk torpağıdır və sıra Mənbicə gələcək: “Təbii ki, Suriyanın sabitliyə və sülhə nail olması bizim səmimi arzu və ümidimizdir. Ancaq YPG məhv edilənə qədər ərazini boşalda bilmərik. ABŞ və Rusiya “terrorçuları bölgədən çıxaracağıq” desələr də, vədlərinə əməl etmədilər. Separatçı terror təşkilatına həyat haramdır. PYD/YPG bizim düşmənimizdir. Ya terror bitəcək, Türkiyə bahara oyanacaq, ya da terrorçular bir-bir canlı hədəf olmaqdan qaça bilməyəcəklər... Tel-Rifat təmizləndi, sırada Mənbic gəlir. Baş verənlərin kürd qardaşlarımızla heç bir əlaqəsi yoxdur. Kürd qardaşlarımız Tel-Rifatdan çıxarılanların qatil olduğunu görəcəklər. Suriya torpaqları suriyalılara məxsusdur… Hələb özü Türk və müsəlmandır. İstanbul Kapalıçarşısı nədirsə, Hələb Kapalıçarşısı da odur. 27 noyabrda Hələbə hücumlardan bəhs etməzdən əvvəl 2016-cı ildə Hələbdə Rusiya və İranın dəstəklədiyi rejim qüvvələrinin həyata keçirdiyi kütləvi qətlləri, məzhəb təməlli zorakılıq səhnələrini, sürgün edilən günahsızları və tarixindən qoparılan bir şəhərin acı dramını unutmadığımızı və heç zaman unutmayacağımızı xatırlatmaq istərdim… İraq və Suriya coğrafiyası türk millətini tanıyır və türk milləti o könül və mədəniyyət coğrafiyalarını ürəyində daşıyır”.

C.Məmmədov

“AzPolitika.info”

Chosen
11
azpolitika.info

1Sources