EN

Kurban Berdıyev təcrübəsizlikdən şikayətlənib

"Hər şeydən əvvəl Denis Marandiçinin ağır zədələnməsi bizim üçün böyük itki oldu".

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev "Sabah"la oyundan sonra deyib.

Təcrübəli mütəxssis Azərbaycan kubokunun 1/8 final mərhələsində "Sabah"la mübarizədə təcrübəsizlik üzündən məğlub olduqlarını bildirib: “Qələbə hesabını qorumağa təcrübə çatmadı. Müdafiədə adi bir səhv etdik. Denisin zədələnməsi də komandaya təsir etdi. Amma uşaqlar da axıra kimi döyüşdülər. Penalti seriyası lotereyadır. Çox təəssüflənirəm ki, adi, elementar səhvdən ikinci qolu buraxdıq”.

Qeyd edək ki, "Turan Tovuz" oyunun həm əsas, həm də əlavə vaxtında hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Qalib penalti seriyasında müəyyələşib.

İdman.biz

Chosen
17
6
idman.biz

10Sources