EN

Şuşa sakini: "Minlərlə insan doğma şəhərini görmək arzusu ilə həyatdan köçdü"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Şuşa nəinki şuşalıların, bütün azərbaycanlıların həssas nöqtəsidir. Bu gün Şuşamıza qayıtdığımız üçün çox sevincliyik".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Naibə Rəhimova deyib.
O bildirib ki, bu gün köçkünlük həyatının son gününü yaşayır:
"Bu gün çox sevincliyik. Öz doğma yurdumuza qayıdırıq. İllərlə köçkün həyatı yaşamışıq. Yüzlərlə, bəlkə də, minlərlə insan bu günləri görmək arzusu ilə həyatdan köçdü. Çox xoşbəxtik ki, bu günləri görmək bizə nəsib oldu. Nəhayət, bu gün köçkünlük statusu ilə vidalaşırıq. Artıq sabah gözümüzü doğma Şuşamızda açacağıq. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 48 ailə (164 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov
Chosen
7
50
oxu.az

10Sources