EN

Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard dollara yaxınlaşır

Bakı. Trend:

Bu ilin oktyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 52milyard 909 milyon dollar olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-əTürkiyənin Ticarət Nazirliyindənbildiriblər.

Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin oktyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faizazalaraq 23 milyard 500 milyon dollar, idxalı isə 1,4 faiz azalaraq29 milyon 409 min dollar olub.

“Bu ilin yanvar – oktyabr ayında Türkiyənin xarici ticarətdövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 498 milyard 685milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr ayındaTürkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 faizartaraq 216 milyard 195 milyon dollara, idxalı isə 7,2 faizazalaraq 282 milyard 49 milyon dollar olub.

Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617milyard 551 milyon dollara çatıb.

2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü iləmüqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5faiz azalaraq 361 milyard 774 milyon dollar olub.

Məqalədə:
Chosen
39
10
az.trend.az

10Sources