EN

Qızıl-zinət əşyaları və diş implantı hissələrinin ölkəyə gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qızıl-zinət əşyalarının və diş implantı hissələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşından gömrük orqanlarına bəyan edilməyən, çəkisi 682 qram olan qızıl-zinət əşyaları və zərgərlik məmulatları, ona məxsus çamadandan isə 228 ədəd diş implantı hissələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
22
14
apa.az

10Sources