EN

Türkiyədən Azərbaycana dəri məhsulları ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən Azərbaycanadəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,8faiz azalaraq, 15,3 milyon dollara çatıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin noyabr ayında Türkiyədən Azərbaycana 1,2 milyon dollarməbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabrayı ilə müqayisədə 15,7 faiz çoxdur” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənindəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,7faiz azalaraq, 1 milyard 416 milyon 716 min dollara bərabərolub.

“Bu ilin noyabr ayında Türkiyə 116 milyon 680 min dollarməbləğində dəri məhsulları ixrac edib ki, bu da keçən ilin noyabrayı ilə müqayisədə 5,8 faiz azdır” – deyə nazirlikdənbildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023-noyabr 2024)Türkiyə 1 milyard 532 milyon 239 min dollar məbləğində dəriməhsulları ixrac edib.

Məqalədə:
Chosen
2
3
az.trend.az

10Sources