EN

Gürcüstanın əsas müxalifət koalisiyasının lideri həbs edilib

Gürcüstanda əsas müxalifət koalisiyasının lideri Nika Qvaramiya həbs edilib.

hakimiyyet.az apsny.ge-yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, "Dəyişiklik Koalisiyası"nın lideri Nika Qvaramiya inzibati qaydada həbs edilib.

Bir neçə saat əvvəl polis bir sıra müxalifət partiya və təşkilatlarının ofislərində axtarış aparıb. Bildirilir ki, Qvaramiya partiyanın ofisində aparılan axtarış zamanı polislə fiziki qarşıdurma səbəbindən saxlanılıb.

Sonradan məlum olub ki, müxalifət lideri Nika Qvaramiya istintaq təcridxanasına köçürülüb.

Chosen
33
21
hakimiyyet.az

10Sources