EN

Kobaxidze: İğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi

\"Dekabr ayında Gürcüstanda iğtişaşların hazırlanması barədə dövlət orqanlarında məlumat var idi\".

AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət partiyalarının ofislərində aparılan axtarışları şərh edərkən deyib.

\"Biz 1-27 noyabr tarixləri arasında Gürcüstanda pirotexnikanın satış statistikalarını yoxladıq, ötən illə müqayisədə bu satışlar 90% artıb. Onlar hər şeyi əvvəlcədən planlaşdırmışdılar. Bu gün hüquq-mühafizə orqanları ofislərə daxil olub, materialları götürdü, müxalifət liderləri dərhal etiraf etdilər ki, pirotexnika alıblar, öz etirafları ilə bir daha göstərdilər ki, bütün bunların arxasında partiya resursu dayanır\", - İ.Kobaxidze brifinqdə bildirib.
Chosen
17
6
azxeber.com

7Sources