EN

Alimlər Santa Klausun necə göründüyünü göstərdilər - FOTOLAR

Yeni il bayramlarını Şaxta babasız təsəvvür etmək çətindir. Onun prototipi 343-cü ildə vəfat edən Myralı Müqəddəs Nikolay hesab olunur.

 

Sfera.az bildirir ki, alimlər 1700 ildə ilk dəfə Santa Klausun necə göründüyünü göstərə biliblər.

 

 Şaxta baba indi necə görünür?

 

Qeyd olunur ki, bu müqəddəsin bir dənə də olsun ömürlük surəti günümüzə qədər gəlib çatmayıb. Onu yaramaz uşaqları cəzalandıran, yaxşı davrananları hədiyyələrlə mükafatlandıran bir baba kimi təsvir edirdilər. Alimlər bildirirlər ki, Santa Klausun məşhur müasir obrazı 1863-cü ilin əvvəlində “Harper's Weekly” jurnalı üçün Tomas Nastın illüstrasiyasına əsaslanır.

 

Alimlər həmçinin deyirlər ki, Nikolay Myralı xristianlığın ilk əsrlərində yaşamış yepiskop olub. O, İsa Məsihin təlimlərinə uyğun yaşayıb, hətta həyatını təhlükəyə ataraq, onun ideyalarını müdafiə edib.

 

Görünüşü rekonstruksiya edərkən alimlər kəllə qalıqlarını və Müqəddəs Myralı Nikolayın şifahi təsvirlərini əsas götürüblər.

 

Tədqiqatın aparıcı müəllifi Cicero Moraesin sözlərinə görə, müqəddəsin siması eyni zamanda güclü, mülayim və geniş olub. 

 

"Kəllə çox möhkəm bir görünüşə malikdir, güclü bir üz yaradır, çünki üfüqi ox boyunca ölçüləri orta səviyyədən daha böyükdür”.

 

Myralı Nikolayın üzünü yenidən qurmaq üçün 1950-ci illərdə toplanmış məlumatlardan istifadə edilib. Əvvəlcə bu məlumatlar əsasında onun kəllə sümüyü 3D texnologiyasından istifadə edilməklə yenidən qurulub.

 

"O, yəqin ki, onurğa və çanaq nahiyəsində ağır xroniki artritdən əziyyət çəkib və kəllə sümüyündə tez-tez baş ağrısına səbəb ola biləcək qalınlaşmalar olub. Bu mənbəyə görə, onun qida rasionu əsasən bitki əsaslı qidalardan ibarət olub"-deyə tədqiqat həmmüəllifi Moraes bildirib.

 

Xanım

Chosen
57
1
sfera.az

2Sources