EN

"Putinlə belə danışmaq olmaz" - Tarasovdan Paşinyana reaksiya

"Paşinyan bizimlə nərd oynayır, əgər doğrudan da KTMT-də əməkdaşlığın bitdiyini düşünürsə, ərizə yazıb getsin. Onu kim tutub? O, proseduru bilir ki, söhbət dövlətlərarası münasibətlərdən gedir. Səbəblər və narazılıq varsa, zəhmət olmasa ərizə yazıb çıxıb getsin". 

"Unikal" xəbər verir ki, bunu rusiyalı analitik Stanislav Tarasov Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-dən çıxmaqla bağlı açıqlamasına istinadən deyib.   

Tarasovun sözlərinə görə, Paşinyan Qərbə Rusiya ilə mübarizə apardığını göstərməyə çalışır, amma reallıqda Rusiyanı tərk etmir: "O, Rusiyanı sıxışdırmaqla Qərbdən nəsə almağa çalışır, sonra da Rusiyadan almağa çalışacaq. Qərbə baxıb nəsə almaq çox primitivdir və intellekt və təhsil çatışmazlığından xəbər verir". 

Tarasov vurğulayıb ki, Moskva prosedura uyğun hərəkət edir və açıq şəkildə deyir ki, özünüz qərar verin, amma sonra deməyin ki, Rusiya bizi qovub: "Əgər işləmək istəmirsənsə, get, amma bu qərarı versək, Paşinyan deyəcək ki, bizi ruslar qovub. "Artsax"ı itirdi, tarix ona heç nə öyrətmədi, indi o, Ermənistanı da itirmək istəyir". 

Rusiyalı ekspert Paşinyanın KTMT-nin Ermənistanın sərhədinin hardan keçdiyini deməməsi iddiasını ucuz arqument hesab edir: "Bunlar ucuz arqumentlərdir, Putinlə belə danışmaq olmaz. Paşinyanın məqsədi Qərbdən ona verilməyən təhlükəsizlik zəmanəti almaqdır. O, Ermənistanı təslim edir, düşünür ki, Qərb Ermənistana təhlükəsizlik zəmanəti verəcək, amma Qərb bunu etmir". 

Ağarza Elçinoğlu 

Chosen
53
50
unikal.az

10Sources