EN

MİDA: Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Sumqayıt və Lənkəranda yaşayış komplekslərində mənzillərin satış prosesi uğurla başa çatıb. Mənzillər qısa müddətdə vətəndaşlar tərəfindən uğurla seçilib. Əvvəlki satışlarda olduğu kimi, bu satışda da MİDA tərəfindən müvafiq təhlükəsizlik tədbirləri tətbiq edilib.

APA-Economics' xəbər verir ki, bunu MİDA-nın beynəlxalq əlaqələr və strateji planlaşdırma şöbəsinin müdiri Cəmşid Əmirov bildirib.

"Bunun əsas məqsədi, mənzil seçiminin müxtəlif proqram təminatları vasitəsi ilə müdaxilə edilməsinin qarşısının alınmasıdır", - Cəmşid Əmirov qeyd edib.

O bildirib ki, mənzil seçimi prosesi zamanı hər hansı müdaxilələrin qarşısı alınıb.

Chosen
35
7
apa.az

8Sources