Corc Vaşinqton Universitetinin Milli Təhlükəsizlik Arxivinin dərc etdiyi sənədlərə görə, 1994-cü ildə Vaşinqtonda Yeltsinlə görüşdə Klinton bir daha bəyan edib ki, "NATO-nun genişlənməsi anti-Rusiya deyil; o, Rusiyanı istisna etmək niyyətində deyil". Yeltsinə 1994-cü ilin noyabrında yazdığı məktubda ABŞ prezidenti yazırdı ki, NATO-nun genişləndirilməsi "hər hansı ölkəyə yönəlməkdən" daha çox "bütövlükdə Avropanın təhlükəsizliyini gücləndirmək və bütövlüyünü təşviq etmək məqsədi daşıyacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31