EN

Deputat Nizami Səfərov beynəlxalq tədbirdə iştirak edib » AzadMedia.az


Bu gün Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Sen-Martendə Fransa və Niderland müstəmləkəçiliyi - bir ada, bir xalq, bir tale" adlı beynəlxalq konfrans keçirilib. Mühüm tədbirdə Sen-Marten xalqının nümayəndələri, Milli Məclisin deputatları, hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Deputat Nizami Səfərov açıqlamasında qeyd edib ki, Azərbaycan kolonial asarətdən və müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi sahəsində bütün beynəlxalq platformalarda ardıcıl fəaliyyət göstərir. Bu sırada Fransa və Niderland tərəfindən müstəmləkəyə çevrilən və 1648-ci ildən iki dövlət arasında bölünən Sen-Marten xalqı istisna deyil. Təəssüf ki, qeyd edilən iki Avropa dövlətinin qanunları və idarəetmə qaydaları adaya tətbiq edilir və metropoliya de fakto və de jure buradakı bütün qurumları özünə tabe edib. Bununla bağlı belə bir neokolonial əsarətdən və müstəmləkə idarəçiliyindən azad olmaq adada yaşayan insanların bölünməz hüququdur.
Chosen
40
1
azadmedia.az

2Sources