EN

Oxu.Az-ın baş redaktorunun müavini: "Xəbər saytın hər bir oxucusuna aydın olmalıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xəbər saytın hər bir oxucusuna aydın olmalıdır".
Bu sözləri Oxu.Az saytının baş redaktor müavini Fərid Novruzov "Report" Media Məktəbinin tələbələri ilə görüşdə deyib.
F.Novruzov qeyd edib ki, hətta mövzudan xəbərdar olmayan hər bir oxucu ilk andan yazının mahiyyətini dərk etməlidir:
"Əgər siz özünüz xəbəri oxuyub anlaya bilmirsinizsə, deməli, oxucu da məlumatı qavraya bilməyəcək. İnformasiyanın vacib məqamlarını və mahiyyətini çatdırmaq çox əhəmiyyətlidir. Yaşadığınız ərazidə mövcud olan sosial, məişət problemlərini də unutmamalısınız. Xəbərlər rəngarəng olmalı, press-relizlər isə yığcam hala gətirilməlidir. Tərcümədə isə sərbəstliyə yol verilə bilər. Hər şey gündəmdən və redaksiya siyasətindən asılıdır".
Baş redaktorun müavini süni intellektin müasir mediaya təsirindən də danışıb.
"Süni intellektdən jurnalistikada geniş istifadə edilir, tərcüməyə, foto və mətnlərin yaradılmasına yardım edir. Dünyanın bir sıra aparıcı KİV-i süni intellektdən müxtəlif işlərdə yararlanır. Bu texnologiya həm də yeni yanaşma tərzini ortaya qoymaqla redaktorun işinə təsir edir. Mənfi tərəfləri də var. Bu, keyfiyyətin azalması və ya yanlış məlumatın verilməsi kimi hallar yaradır. Ən ciddi problem iş yerlərinin azalması ola bilər", - jurnalist deyib.
Fərid Novruzov 1992-ci ildə Bakıda anadan olub. 2014-cü ildə Rusiyanın Voronej Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. 2016-cı ildə APA agentliyində jurnalist fəaliyyətinə başlayıb. Bir müddət AzərTAC-da çalışıb. 2024-cü ilin iyun ayından Oxu.Az saytında baş redaktorun müavini vəzifəsində çalışır.
Chosen
23
50
oxu.az

10Sources