Bakı, TurkicWorld
Milli İstihbarat Təşkilatı (MİT) terror təşkilatı PKK/KCK-ya qarşı yüksək səviyyəli əməliyyat həyata keçirib.
TurkicWorld xəbər verir ki, MİT, təşkilatın Suriyadakı strukturuna cavabdeh şəxslərdən biri olan, "Yılmaz" kod adlı Serhat Özmeni xaricdə ələ keçirərək Türkiyəyə gətirib.
Təhlükəsizlik mənbələrinin məlumatına görə, 2014-cü ildə terror təşkilatına qoşulan Serhat Özmen bir çox bölgədə silahlı fəaliyyətlərdə iştirak edib. O, Suriyadakı fəaliyyətlərindən sonra, 2023-cü ilin əvvəlindən İraqda təşkilati strukturların tərkibində fəaliyyət göstərib.
MİT-in uğurlu əməliyyatı ilə ələ keçirilən Özmen Türkiyəyə gətirilərək məsuliyyətə cəlb edilib.