EN

Modelyer mağazalardakı qiymət fərqinin sirrini AÇDI

Bəzən eyni geyim növü 2 ayrı mağazada bir-birindən çox fərqlənən qiymətdə satılır. Baxmayaraq ki, hər iki məhsulun bütün detalları, materialınadək eynidir. Bəs qiymətlər arasındakı yerlə göy qədər fərqin səbəbi nədir?

Bu barədə modelyer-dizayner Səkinə Əliyeva Redaktor.az-a açıqlamasında danışıb.

O bildirib ki, bu cür hallar çoxunu maraqlandırır və narahatlığa səbəb olur:

"Nəzakətli, ixtisaslı personalı və asan geri qaytarma sistemi olan gözəl dizayn edilmiş mağazalarda satılan mallar, çox güman ki, hər hansı bir sıradan mağazada təqdim olunan və geri qaytarılmayan eyni mallardan daha bahalı olacaq. Qismən qiymət fərqi müxtəlif ərazilərdə daşınmaz əmlakın dəyəri ilə də izah olunur: ən aşağı qiymətə malik mağaza şəhərin daha ucuz Nefçilər-Əhmədli ərazilərində, ən yüksək qiymətə malik mağazalar isə bahalı daşınmaz əmlakı olan Nizami küçəsində yerləşir. Mağazaların yerləşdiyi torpaq sahələrinin dəyəri fərqli olduğundan, alıcılardan alınan qiymətlər də fərqi kompensasiya etmək məqsədi daşıyır".

Modelyer qeyd edib ki, mağazada müştərilər məhsulu həm pulla, həm də vaxt ilə ödəyirlər:

"Buna görə də vaxtı daha çox dəyərləndirən alıcılar uzun növbələrdə gözləməkdən və bir mağazadan digərinə getməkdən qıcıqlanmamaq üçün geniş asortimentə malik olan daha da bahalı mağazalarda daha çox pul ödəməyi üstün tuturlar".

Sevinc İBRAHİMZADƏ
 

Chosen
50
12
redaktor.az

10Sources