EN

Üsyançılar daha bir bölgəni ələ keçirdi - Vəziyyət nəzarətdən çıxır

Suriyanın İordaniya ilə sərhədində yerləşən Dera əyalətinin mərkəzi müxalif qruplaşmanın nəzarətinə keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu Ajansı məlumat yayıb.

Sözügedən bölgə 2012-2018-ci illərdə müxalifətin nəzarətində olub.

Lakin, daha sonra ordu Bəşər Əsədin göstərişi ilə 2018-ci ilin iyul ayında qurudan hücum edərək əyalətə daxil olub və idarəetməni bərpa edib.

Xatırladaq ki, Dera vilayəti 2011-ci ildə Əsəd rejiminə qarşı xalqın azadlıq hərəkatına başladığı ilk bölgələrdən olub.


Müəllif: Ceyhun Ağazadə
Chosen
46
1
teleqraf.com

2Sources