Suriyanın Həma şəhərini nəzarətə götürən müxalif qruplar Əsəd rejiminin Deyr əz-Zoru terror təşkilatı PKK/YPG-yə təhvil verməsindən sonra yeni cəbhə açıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Suriya müxalifətinə dəstək verən əşirət qüvvələri Əsəd qüvvələrinin terror təşkilatına təhvil verdiyi Deyr əz-Zorda hərəkətə keçib. “Büsra inqilabçıları” adlı yeni müxalif qrup (Büsra əş-Şam Dəra bölgəsində yerləşir – red.) Deyr əz-Zorda iki kəndi terrorçuların əlindən geri alıb.
Bununla da Fəratın qərbindən Menbiçə terror dəhlizi qurmağı planlaşdıran terror təşkilatının planlarının qarşısı alınıb.