Suriya Müdafiə Nazirliyi Homs vilayətində yerləşən Əl-Karyateyn şəhərinin ələ keçirməsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Musavat.com xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Son günlərdə Suriya rejiminin bir neçə şəhər üzərində nəzarəti itirdiyi, xüsusilə üsyançıların strateji əhəmiyyətli ərazilərə nəzarəti gücləndirdiyi bildirilir. Bunun fonunda İran, Suriya və İraq arasında sərhəd təhlükəsizliyini artırmaq məqsədilə yeni tədbirlər görülür. İraq sərhəd bölgələrinə əlavə qüvvələr yerləşdirib, çünki vəziyyətin bölgə ölkələrinə yayılacağından narahatdır.
Eyni zamanda, Rusiya dəstəkli Suriya rejiminin zəifləməsi Moskva üçün də diplomatik və hərbi çətinliklər yaradır. Həmçinin, ABŞ-ın Suriya daxilində yerləşdirdiyi qüvvələrin əhəmiyyətli strateji mövqeləri qoruduğu qeyd olunur.
Afaq,
Musavat.com