Azər Qasımlının saxlanılma səbəbi bəlli oldu – Yenilənib
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının nədə təqsirli bilindiyi bəlli olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Vəkili Aqil Layıc məlumat yayıb.
Bildirilib ki, o, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə,zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham olunur.
***13:02
Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumatı APA-ya təsdiqləyib.