Dekabrın 8-də saat 13 radələrində Balakən rayonu Şərif kəndində Heybulla Süleymanova məxsus evdə yanğın baş verib.
APA-nın yerli bürosu odun sobasından çıxan alov nəticəsində ümumi sahəsi 140 kv metr olan 4 otaqlı evin 2 otağı və çardağı tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın yerinə cəlb olunub.