Silahlı Suriya müxalifətinin liderləri Rusiyanın Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verib.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a Kremldəki mənbə bildirib.
“Rusiya rəsmiləri Suriyadakı Rusiya hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır”, - agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, Kremldəki mənbənin TASS-a verdiyi məlumata görə, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ailəsi ilə birə Moskvadadır və Rusiyadan sığınacaq alıb.
Şahanə Rəhimli
Musavat.com