Təcrübəli mütəxəssis ''Bein Sports''a açıqlamasında bunları deyib:
"Muçini biz ötən mövsüm ''Kardiff Siti''yə almaq istəmişdik. Həmin vaxt bizdən 4 milyon avro tələb etmişdilər. Bu məbləğə onu almaq şansımız olmadığı üçün bu transferdən vaz keçmişdik. Ona görə də sonradan Muçinin ''Beşiktaş''a 10 milyon avroya transfer olunduğunu eşidəndə çox təəccüblənmişdim. Türkiyədən təklif gəldikdə məbləği yüksəldirlər və bu, yeni bir durum deyil. Başqa ölkələrə başqa məbləğ deyirlər. Amma İstanbul nəhənglərindən təklif olduqda qiyməti dərhal artırırlar. Elə Anadolu klubları da belə edir. Onlar da İstanbul nəhənglərindən böyük pullar qoparmağa çalışır. Oğuz Aydını ''Alanyaspor''da çalışdığım dönəmdən gözəl tanıyıram. Bir ara onu da İngiltərəyə gətirməyə çalışmışdım. Amma mümkün olmadı. Joze Mourinyo ona şans verməyə başlayan kimi nəyə qadir olduğunu göstərir. Çox istedadlı və səviyyəli futbolçudu. ''Fənərbaxça''ya uzun illər fayda verəcək''.
ƏLİ