EN

"Oz sehrbazı" filmindəki qırmızı ayaqqabılar rekord qiymətə satıldı - FOTOLAR

\"The Vizard of Oz\" (Oz sehrbazı) filmindəki qırmızı ayaqqabılar rekord qiymətə satılıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbə verir ki, filmdə Doroti obrazının geyindiyi qırmızı ayaqqabılara rekord qiymətə alıcı tapılıb.
 
1939-cu ildə çəkilmiş \"Oz sehrbazı\" filmində Doroti personajlarının geyindiyi ikonik ayaqqabılar 2005-ci ildə muzeydən oğurlanmışdı. Daha  sonra  ayaqqabılar 2018-ci ildə FTB tərəfindən tapılaraq muzeyə təqdim olunmuşdu.
 
13 il sonra tapılan və aktrisa Cudi Qarlandın geyindiyi ayaqqabılar \"Heritage Auctions\" hərrac evi tərəfindən satışa çıxarılıb.

Ən az 825 min dollara satılacağı gözlənilən ayaqqabı 28 milyon dollara alıcı tapıb.

20 il əvvəl oğurlanan qırmızı ayaqqabılar indiyə qədər hərracda satılan ən qiymətli film əşyası olub.
 
Aysel

 

 

 

 

 



Chosen
13
azxeber.com

1Sources