EN

Bankomatlar və POS-terminallar üzrə əməliyyatlar nağd əməliyyatlar üzrə təsnifləşdirilir

Hesabat formasında ölkə xaricində aparılan əməliyyatların sayı və həcmi ödəniş terminalları (bankomatlar, POS-terminallar və özünəxidmət terminalları) vasitəsilə nağd pulun çıxarılması, ödənişlərin həyata keçirilməsi, internet səhifə, mobil tətbiq və digər elektron şəbəkə vasitəsilə aparılan ödəniş əməliyyatlarından ibarətdir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat formasında ölkə daxilində əməliyyatların sayı və həcmi ölkədaxili ödəniş xidməti şəbəkəsi vasitəsilə aparılan əməliyyatların müvafiq olaraq sayı və həcminin cəmindən ibarətdir. Bankomatlar və POS-terminallar üzrə əməliyyatlar nağd (nağd pulun çıxarılması) və nağdsız (ödənişlərin həyata keçirilməsi) əməliyyatlar üzrə təsnifləşdirilir.

Chosen
23
heftelik.az

1Sources