EN

Milli Məclisin deputatı İspaniyaya səfər edəcək

Bakı. Trend:

Milli Məclisin deputatı, İspaniya ilə parlamentlərarası əlaqələrüzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova dekabrın 10-daİspaniyanın Madrid şəhərinə səfər edəcək.

Trend Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki,deputatımız burada Ümumdünya İnsan Hüquqları Günü münasibətiləkeçiriləcək və müharibələrin, silahlı münaqişələrinişıqlandırılması üzrə ixtisaslaşmış nüfuzlu ispan fotoqraf QervasioSançezin ölkəmizə səfəri zamanı çəkdiyi fotoşəkillərdən və minaqurbanlarının fərdi həyat hekayələrindən ibarət “Səssiz əks-səda:Mina qurbanlarının danışılmamış hekayələri” adlı fotojurnalıntəqdimat mərasimində iştirak edəcək.

Səfər çərçivəsində deputat Sevil Mikayılovanın İspaniyaParlamentində bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

Chosen
25
5
az.trend.az

7Sources