EN

Bakıda terrorizmlə mübarizə mövzusunda təlim kursu keçirilir

Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada yerləşən Terrorizmə Qarşı Müdafiə üzrə Mükəmməllik Mərkəzi (TQMMM) tərəfindən “Qabaqcıl mühüm infrastruktur təhlükəsizliyi və terrorist hücumlarına qarşı dayanıqlılıq” mövzusunda təlim kursu keçirilir.

Teleqraf.com xəbər verir ki, təlim kursu Azərbaycanın “Sülh naminə Tərəfdaşlıq” (SNT) Proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunub.

İştirakçılar terrorçuların dövlət və özəl sektorda mövcud olan boşluqlardan istifadə etməsi, terror hücumlarının əsas hədəfləri, onlara qarşı ikitərəfli və regional cavab tədbirləri, tətbiq olunmuş effektiv proqramlar, böhran vəziyyətlərinin idarə olunması və digər mövzular barədə məlumatlandırılacaqlar.

Tədbir zamanı, həmçinin dövlətlərin təhlükəsizliyinə artan təhdidlər mühitində mühüm infrastrukturun təhlükəsizliyinin effektiv şəkildə təmin edilməsi üsulları, mühüm enerji infrastrukturlarının dayanıqlılığının artırılması təcrübələri araşdırılacaq.

Qeyd edək ki, dekabrın 13-dək davam edəcək təlim kursunda Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.


Müəllif: Ceyhun Ağazadə
Chosen
5
5
teleqraf.com

7Sources