EN

Türkiyədə məskunlaşan suriyalılar geri qayıdır

2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra Türkiyəyə sığınan çoxlu suriyalı, 53 illik Əsəd rəhbərliyinin devrilməsindən sonra Suriyaya qayıtmaq üçün Hataydakı Cilvegözü Sərhəd Qapısına toplaşıb.

Turkustan.az xəbər verir ki, Suriyalılar səhər saatlarından Reyhanlı rayonundakı sərhəd qapısında növbəyə düzülərək gömrük prosedurlarını gözləyiblər.

Ölkələrinə qayıtmaq istəyən çox sayda suriyalı Cilvegözü Sərhəd Qapısı qarşısında sıxlıq yaşayıb.

Suriyalılardan Adem Muhammed Zin AA müxbirinə məmləkəti Dəməşqə getmək üçün yola düşdüklərini deyib.

Uzun illərdən sonra ölkələrinin xilas edilməsini alqışladıqlarını bildirən Zin, "Allaha şükür, yolumuz açıldı, Əsəd getdi, müharibə bitdi. 10 il İstanbulda idim. Allah türklərdən razı olsun, bizə çox kömək etdilər"- dedi.

Jandarma qrupları qapıda tıxacın qarşısını almaq üçün sərhəddən təxminən 5 kilometr aralıda ayrı bir keçid məntəqəsi yaradıb. Buradakı yoxlamalardan sonra sərhədi keçməyə münasib hesab edilən suriyalılar Cilvegözü Sərhəd Qapısına istiqamətləndirilir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
21
turkustan.az

1Sources