EN

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Qardaş Türkiyənin İsparta şəhərində helikopterin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması xəbəri bizi çox sarsıtdı və dərindən kədərləndirdi.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında paylaşım edib.

"Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı veririk" - deyə əlavə edilib.

Qeyd edək ki, Türkiyənin Isparta vilayətinin Keçiborlu rayon mərkəzində təlim uçuşu zamanı iki hərbi helikopter toqquşub. Qəza zamanı 6 hərbiçi şəhid olub.

Chosen
21
9
day.az

10Sources