EN

Suriya müxalifəti mərkəzləşdirilmiş hakimiyyət yarada biləcəkmi?

Bəşər Əsəd rejiminin iflasından sonra Suriyanın gələcəyi necə görünür?..

Politoloq: “Bəşər Əsədin hakimiyyətdən getməsi Suriyada hakimiyyət böhranı yarada bilər. Amma düşünürəm ki, bunu aradan qaldırmaq üçün region dövlətləri səy göstərməlidir”.

“Türkiyə Suriyada hakimiyyət böhranının yaranmaması üçün bütün imkanlardan istifadə edəcək”.

Bu sözləri politoloq Samir Hümbətov Suriyada baş verən proseslərdən sonra həmin ölkənin gələcəyinin necə olmasını Poliqon-a şərh edərkən qeyd edib.

Suriyada Bəşər Əsəd rejiminin iflasından sonra bu ölkənin gələcəyi necə görünür? Çoxlu sayda silahlı qruplaşmalardan ibarət olan Suriya müxalifəti mərkəzləşdirilmiş hakimiyyət yarada biləcəkmi və YPG/PKK terror qruplaşması Suriyanın gələcəyinə necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Əslində həm ABŞ-ın, həm Fransanın, həm Rusiyanın, həm də bir neçə Qərb dövlətlərinin Suriyadakı siyasətini bir növ YPG tamamlayır”.

Bunula bağlı həm Suriyadakı müvəqqəti hökümətin, həm də Türkiyənin birgə səyinin lazım olduğunu bildirən politoloq vurğulayıb ki, bu zaman ortaya nəticə qoyula bilər:

Bəşər Əsədin hakimiyyətdən getməsi Suriyada hakimiyyət böhranı yarada bilər. Amma düşünürəm ki, bunu aradan qaldırmaq üçün region dövlətləri səy göstərməlidir. Xüsusilə də, Türkiyə və İranın bu prosesdə aktiv rolu lazımdır. Amma İran Suriyada bir növ işğalçılıq siyasətini həyata keçirib və dini mənsəb məsələsini həmişə gündəmə gətirib.

Ancaq Türkiyə üçün vəziyyət fərqlidir. Türkiyə özündə olan ordusunun Suriyaya köçürülməsi məsələsini həyata keçirmək üçün bütün vasitələrdən istifadə edir. Bununla da Türkiyə qaçqın problemini həll etmək istəyir. Bu baxımdan düşünürəm ki, qarşısı alına bilər. Yəni Türkiyə Suriyada hökumət böhranının yaranmaması üçün bütün imkanlardan istifadə edəcək. Qaçqınlar içərisində Türkiyədə təhsil almış şəxlər var və dövlət idarəedilməsində onların fəaliyyəti bir şəkildə nəzərə çarpacaq dərəcədə ola bilər.

Samir Hümbətov: “Əslində həm ABŞ-ın, həm Fransanın, həm Rusiyanın, həm də bir neçə Qərb dövlətlərinin Suriyadakı siyasətini bir növ YPG tamamlayır”.

İkinci bir məsələ YPG və digər silahlı terrorçu qruplaşmaların əllərinə keçən silahların, onların tərk-silah edilib Suriya ərazisindən çıxarılmasıdır. Düşünürəm ki, bunula bağlı həm Suriyadakı müvəqqəti hökümətin, həm də Türkiyənin birgə səyi lazımdır. Bu zaman ortaya nəticə qoyula bilər.

Ancaq buna Qərb dövlətlərinin, istər ABŞ, istər Fransanın nə reaksiya verəcəkləri qaranlıqdır. Çünki əslində həm ABŞ-ın, həm Fransanın, həm Rusiyanın, həm də bir neçə Qərb dövlətlərinin Suriyadakı siyasətini bir növ YPG tamamlayır. Buna görə düşünürəm ki, orada bir problem ola bilər. Amma hər vəziyyətdə Türkiyə dövləti və mövcud Suriya hakimiyyəti bunun qarşısını almaq imkanına malik ola bilərlər”.

Nərminə UMUDLU
Poliqon.info

Chosen
30
poliqon.info

1Sources