EN

Bütün KTMT ölkələrində Qələbənin 80 illiyi ilə bağlı tədbirlər keçiriləcək - Putin

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bütün ölkələrində Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş anım tədbirləri keçiriləcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

“Gələn il, bildiyiniz kimi, biz əlamətdar bir tarixi - xalqımızın bu döyüşdə Qələbəsinin 80-ci ildönümünü qeyd edəcəyik, bütün KTMT ölkələrində anım, sosial, mədəni və maarifləndirici tədbirlər keçiriləcək”, - dövlət başçısı deyib.

KTMT beynəlxalq təhlükəsizlik təşkilatıdır və hazırda üzvlərinə altı dövlət daxildir: Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan.

Turan İSMAYIL

Chosen
17
redaktor.az

1Sources