EN

"Səbail"də yoxa çıxan milyonlarla bağlı rəsmi açıqlama: 10 milyon həqiqəti əks etdirmir

Publika.az saytında “Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin milyonları: “Səbail”də necə və kimlərin əli ilə yoxa çıxır?” başlıqlı yazı dərc olunub.

“Səbail”in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov bizimlə əlaqə saxlayaraq, yazıya münasibət bildirib. Klub rəsmisinin açıqlamasını olduğu kimi təqdim edirik:

“Səbail” klubu ilə bağlı saytınızda yer almış “Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin milyonları: “Səbail”də necə və kimlərin əli ilə yoxa çıxır?” başlıqlı yazı ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək istəyirik.

Əvvəla, klubun büdcəsi ilə bağlı qeyd olunmuş 10 milyon rəqəmi birmənalı şəkildə həqiqəti əks etdirmir və müvafiq olaraq, ASCO-nun kluba guya 7 milyon manat vəsait ayırması da doğru məlumat deyil. “Səbail” PFK-ya məxsus stadion və bazanın olması da yanlış informasiyadır. Çünki klubumuzun ev oyunlarının və məşqlərinin keçirildiyi stadion Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına məxsusdur və “Səbail” həmin arenadan icarə əsasında istifadə edir.

Transferlərin guya yalnız icraçı direktor və idman direktoru tərəfindən həyata keçirilməsi, yazıda göstərildiyi kimi hər 6 aydan bir çox sayda futbolçunun klubdan göndərilməsi və onların əvəzinə yeni oyunçuların cəlb olunması da həqiqətdən çox-çox uzaq iddiadır. Ən azı ona görə ki, transfer xəbərləri ictimaiyyət üçün kifayət qədər açıq məlumatdır və dövri mətbuatı izləməklə bu mövzuda informasiyaları rahatlıqla əldə etmək olar.

Chosen
54
publika.az

1Sources