EN

Bakıda iş adamının mağazasını YARDILAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda işlədiyi mağazadan 5800 manatlıq ət oğurlayan Naftalan şəhər sakini 1992-ci təvəllüdlü Elmir Əmirov həbs edilib.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən "Premium ət" mağazasında baş verib.
Mağazada qəssab köməkçisi işləyən Elmir oranın sahibinin rayona getməsindən istifadə edərək mağazadan 5800 manatlıq əti maşına yükləyərək uzaqlaşıb.
Hadisənin üstü açıldıqdan sonra o həbs edilib və barəsində cinayət işi açılıb. Bundan sonra Elmir müdirinə vurduğu ziyanı ödəyib. Nəticədə, iş adamı şikayətini geri götürüb.
Səbail Rayon Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Elmirə 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun ayağına elektron təqib cihazı yerləşdirilib və məhkəmə zalında həbsdən azad edilib.
Chosen
26
50
oxu.az

10Sources