EN

Bakı şəhər Yasamal rayon məhkəməsi  Siyasi Menecment İnstitutunun direktoru,  Azər Qasımlı barəsində  4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Bu barədə Turana Rövşanə Rəhimli bildirib.

Onun sözlərinə görə, Yasamal rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.

Vəkil qeyd edib ki, məhkəmədə Azər Qasımlı ittihamı qəbul etmir və saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirdi.

Rövşanə Rəhimli  birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə vəkil Aqil Layıc Turana  bildirib.

“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil qeyd edib.

  Dekabrın 8-də  səhər saatlarında Azər Qasımlı 9 yaşlı uşağını idman məşqindən götürən zaman saxlanılıb.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı da onun saxlanılmasını qınayıb.

“Azər İlham Əliyevi açıq şəkildə və sərt tənqid etdiyinə görə təqib olunur. Onun saxlanılması siyasi sifarişdir”, o qeyd edib.

Azər Qasımlının saxlanılması ilə bağlı Amerikanın Səsinin sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat xidməti cavab olaraq xəbəri təsdiqləyib və bildirib ki, o, yenidən araşdırmaya çağırılıb.

Noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.

Azər Qasımlı Amerikanın Səsinə bildirib ki, bir cinayət işi üzrə “şahid qismində” dindirilib.

Qasımlı yazılı iltizam verdiyinə görə hansı cinayət işindən söhbət getdiyini deməyib.

O, rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə də xeyli suallar verildiyini deyib.

Noyabrın 22-də Azər Qasımlı Bakı Beynəlxalq Aerportundan xaricə buraxılmayıb, onun ölkədən çıxışına qadağa qoyulduğu bildilib.

 

Chosen
25
turan.az

1Sources