EN

Hollandiyada altı aylıq sərhəd nəzarəti tətbiq edildi

Hollandiyada altı aylıq sərhəd nəzarəti tətbiq edildi

Hollandiyada altı aylıq sərhəd nəzarəti qüvvəyə minib.Bu barədə NL Times portalı məlumat yayıb.Sərhəddə heç bir maneə və ya nəqliyyat dayanacağı olmayacağı bildirilib. Eyni zamanda, dövlət sərhədlərinin təhlükəsizliyinə cavabdeh olan polis bölməsi mobil keçid məntəqələrində avtonəqliyyat vasitələrinin təsadüfi yoxlamasını davam etdirəcək. NL Times-ın məlumatına görə, nəzarəti 50 zabit həyata keçirəcək.Bildirilib ki, sürücülər çətin ki, ciddi dəyişiklikləri hiss etsinlər. Yerli polisin nümayəndəsi də təsdiqləyib ki, sərhəd nəzarəti indikilərdən çox da fərqlənməyəcək.Qeyd edək ki, Hollandiyanın qaçqınlarla iş üzrə naziri Marjolein Faber keçən ay qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizə tədbirlərini açıqlayıb.

Chosen
27
2
afn.az

3Sources