EN

​Ərəb ölkələri Suriya xalqına dəstək mesajı verdi

Ərəb ölkələri Suriya xalqına dəstək mesajı verib, bütün tərəfləri dialoqa çağırıb. Metbuat.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi Suriyadakı prosesləri yaxından izlədiyini bildirilib. Açıqlamada, Suriyada xaosun baş verməməsi üçün milli qurumların və dövlət birliyinin qorunmasının zəruriliyi vurğulanıb. Bəhreyn Xarici İşlər Nazirliyinin açıqlamasında, Suriyanın birliyi və ərazi bütövlüyünün əhəmiyyəti vurğulanıb. Bəyanatda, tərəflər Suriya xalqının mənafeyini üstün tutmağa və dövlət qurumlarının və iqtisadi obyektlərin təhlükəsizliyini qorumağa çağırılıb. Misir Xarici İşlər Nazirliyinin bəyanatında ölkənin ərazi bütövlüyü və suverenliyinin vacibliyi vurğulanıb və tərəflər hərtərəfli siyasi prosesə başlamaqla ölkənin maraqlarını üstün tutmağa çağırılıb.

Oman Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, qardaş Suriya xalqının iradəsinə hörmət edilməli, Suriyanın suverenliyi, ərazi bütövlüyü və birliyi tam şəkildə qorunmalıdır. İordaniyanın xarici işlər naziri Aymen əs-Safedi X hesabında paylaşım edərək, Suriyanın birliyinə, suverenliyinə və qardaş ölkənin təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərinə ifadə edib. Yəmən, İraq, Əlcəzair və Fələstin rəsmiləri də Suriyanı birliyə çağırıb.

Chosen
34
metbuat.az

1Sources