EN

Bəzi sahibkarlar əlavə dəyər vergisi ödəməyəcəklər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Növbəti aydan etibarən torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar əlavə dəyər vergisi ödəməyəcəklər".
Oxu.Az xəbər verir ki, bu barədə millət vəkili Aydın Hüseynov "Xəzər Xəbər"ə danışıb.
O bildirib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq.
Hazırda torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman 18 faizlik vergi də hesablanır. Bu məbləğin ödənilməsi tərəflərin razılığı əsasında reallaşır. Yeni ildən isə ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu, torpaqların icarə haqlarının aşağı düşməsinə də səbəb ola bilər.
"Bütün bunların hər biri sahibkara dəstəkdir", - deyə deputat sözlərinə əlavə edib.
O qeyd edib ki, sahibkarların vəsaitləri artdıqca, işlərini genişləndirə, yeni iş yerləri aça bilər. Bu da iqtisadiyyatın inkişafına öz müsbət töhfəsini verər.
Ətraflı süjetdə:
Chosen
55
8
oxu.az

10Sources