EN

ABŞ Suriyadakı müttəfiqlərinə yardım edib

WP: ABŞ Suriyadakı müttəfiq qüvvələrin mühüm mövqe tutmasına kömək edib...

Suriyadakı Amerika hərbçiləri prezident Bəşər Əsədin istefasından sonra müttəfiq qüvvələrinə strateji əhəmiyyətli əraziləri işğal etməyə kömək ediblər.

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Suriyanın şərqində müxtəlif yerlərdə yerləşən 800 hərbçidən ibarət ABŞ Silahlı Qüvvələri müttəfiq birləşmənin hərəkətlərini əlaqələndirib.

Qeyd edək ki, oyabrın 28-də Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçib. Hələb şəhərini ələ keçirən müxaliflər həmçinin Həma və Homs şəhərlərini də ələ keçiriblər. Bundan əlavə, kürdlərin Suriya Demokratik Qüvvələri Deyr əz-Zor şəhərini nəzarətə götürüb.

Dekabrın 8-nə keçən gecə müxalifət Dəməşqi ələ keçirib. Bundan sonra Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” açıqlayıb.

Poliqon.info

Chosen
49
poliqon.info

1Sources