EN

“Türkiyə ilə danışıqlar aparmaq vacibdir” - Yelena Suponina

Yazını böyüt
Yazını kiçilt

Rusiyalı politoloq, Yaxın Şərq üzrə ekspert Yelena Suponina “Moskovskiy Komsomolets” qəzetinə açıqlamasında Bəşər Əsəd hökumətinin devrilməsindən sonra Rusiyanın Suriyadakı hərbi bazalarının gələcəyi ilə bağlı qiymətləndirmələr edib.

Hafta.az-ın yazdığına görə, Suponina, “Bu bazaların icarə müqaviləsi indi gücünü itirmiş əvvəlki hökumətlə imzalanıb. Lakin Rusiya Suriyada sabitliyə töhfə verib və həm müxalifət, həm də qonşu ölkələr bu rolu müsbət dəyərləndirirlər” deyib.

Suriyadakı vəziyyətin mürəkkəb olduğunu vurğulayan Suponina, Rusiyanın Hmeymim Hava Bazasının və Tartus Dəniz Logistika Mərkəzinin gələcəyinin Suriyanın yeni administrasiyası və Türkiyə kimi bölgədəki nüfuzlu güclərlə aparacağı danışıqlardan asılı olduğunu bildirib. Suponina, "Müxalifət qrupları Rusiya bazalarına hücum etmək istəmirlər, çünki bunun yaradacağı risklərin fərqindədirlər" deyib.

Bölgədəki mövcud vəziyyəti dəyərləndirən Suponina, müxalif qrupların birləşmiş kimi görünsələr də, fərqli maraqlar istiqamətində hərəkət edə biləcəyini və bu səbəbdən Suriyanın yeni bir vətəndaş müharibəsindən qaçması lazım olduğunu bildirib.

Xüsusilə Türkiyə ilə əldə olunacaq mümkün razılaşmaların əhəmiyyətinə diqqət çəkən Suponina Rusiyanın Suriyadakı hərbi varlığını qorumaq üçün praqmatik addımlar atacağını bildirib.

Chosen
23
hafta.az

1Sources