EN

“Qarabağ” və “Sabah” irəlilədi, "Turan Tovuz" siyahıya düşdü - Dünya reytinqi

style='margin-bottom:10px;'>

Klubların yeni dünya reytinqi açıqlanıb.

QOL.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) rəsmi saytı

Azərbaycan cədvəldə 4 klubla təmsil olunub. Onların arasında “Qarabağ” ən yaxşı göstəriciyə malikdir. Ağdam təmsilçisi 177,50 xalla dünyada 67-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 5 pillə irəliləyib.

“Zirə” 94,25 xalla 219-cu yerdədir. Paytaxt klubunun mövqeyi dəyişməyib. 

62,50 xalı olan “Sabah” 9 pillə irəliləyərək 409-cu yerdə qərarlaşıb.

Bundan əlavə, "Turan Tovuz" da siyahıya düşüb. Bölgə klubu 53,75 xalla 496-cıdır.

Qeyd edək ki, siyahıya 388 xalla İspaniya "Rea"lı başçılıq edir.

Chosen
16
2
teleqraf.com

4Sources