EN

İsrail Suriyanın 10-a yaxın şəhərini işğal etdi: Dəməşqə az qaldı

İsrail ordusunun tankları Dəməşq ətrafına doğru irəliləyirlər. Onlar hazırda Suriya paytaxtının 20 kilometrliyindədir.

Publika.az xəbər verir ki, bu barədə "Al Mayadeen" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, İsrail Müdafiə Qüvvələri (İDF) artıq bütün Qolanı ələ keçirərək, Suriya ərazilərinə açıq qurudan hücuma başlayıb.

"İsrail tankları Quneytra şəhərini keçərək Dəməşqin ətrafına doğru irəliləyiblər", - deyə yerli sakinlər bildiriblər.

Həmçinin bildirilir ki, prezident Bəşər Əsədin devrilməsindən sonra İsrail əsgərləri Dəməşqin cənubunda Aarna, Bəqasm, Reemeh, Hina, Qala, Cəndal, Əl-Hüseyniyyə, Jita və Əl-Xəşab da daxil olmaqla bir neçə şəhər və kəndi işğal ediblər.

Chosen
46
publika.az

1Sources