EN

Haitidə  110 nəfəri cadugərlikdə ittiham edərək qətlə yetirdilər

Haitinin paytaxtı Port-o-Prinsdə əksəriyyəti yaşlılardan ibarət azı 110 nəfər dəstə üzvləri tərəfindən vəhşicəsinə öldürülüb.

Vətəninfo.az xəbər verir ki  , bu barədə BBC insan haqları təşkilatının bəyanatına istinadən xəbər verir.İnsan Haqları üzrə Milli Şəbəkə bildirib ki, yerli dəstə lideri oğlu xəstələndikdən və öləndən sonra insanları hədəf alıb.Nəşrin məlumatına görə, dəstə başçısı oğlanın müəmmalı xəstəliyinin səbəbini “cadugərlik”lə məşğul olan yerli yaşlı insanlarda görən vudu keşişi ilə məsləhətləşib.

Birləşmiş Millətlər Təşkilatı bu il Haitidə dəstə zorakılığı nəticəsində ölənlərin sayının 5000-ə çatdığını bildirib.2021-ci ildə ölkə prezidenti Jovenel Moisenin öldürülməsindən sonra Haitidə dəstə zorakılığı davam edir.

Chosen
23
veteninfo.az

1Sources