EN

Azərbaycan 1 milyard dollara yaxın aqrar və aqrar-sənaye məhsulları ixrac edib

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft-qaz ixracı 3,1 milyard ABŞ dolları təşkil edib.

Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın dekabr ayı üçün ilkin rəqəmlərinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artım deməkdir.

Məlumata əsasən, 2024-cü ilin 11 ayında yeyinti məhsulları ixracı 12,3 faiz artaraq 923 milyon ABŞ dollarına bərabər olub. Bu dövrdə şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları ixracı 65,4 faiz artaraq 37,5 milyon ABŞ dolları, pambıq lifi 52,6 faiz artaraq 170 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32 faiz artaraq 25,5 milyon ABŞ dolları, qiymətli metallar 29 faiz artaraq 189,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 19,6 faiz artaraq 265,6 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 13,5 faiz artaraq 64,4 milyon ABŞ dolları, çay 1,6 faiz artaraq 6 milyon ABŞ dolları, qara metallar 1,9 faiz artaraq 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar ixracı isə 1,5 faiz artaraq 182,7 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin yanvar-noyabr ayları ərzində aqrar məhsullar ixracı 4,4 faiz artaraq 701,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 58,3 faiz artaraq 287,3 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 15,9 faiz artaraq 988,9 milyon ABŞ dolları təşkil edib.

Musavat.com

Chosen
23
8
musavat.com

10Sources