EN

Makron və “Fransafrika”nın süqutu: Fransa Afrikanı necə itirdi?

Bakı. Trend:

Bir vaxtlar Fransa Afrika üçün hər şey idi: hakim və himayədar,sahib və tərəfdaş. Paris mürəkkəb iqtisadi, mədəni və hərbiəlaqələr şəbəkəsi quraraq qitəni özünün şəxsi şahmat taxtasınaçevirmişdi. Bu taxtada fiqurlar yalnız Fransanın iradəsinə uyğunhərəkət edirdi. Lakin bu oyun artıq başa çatır. Afrika piyadaolmaqdan imtina edir. Son illər Fransanın Afrikadakı nüfuzununyüksək səslə və geri dönüşü olmadan çökməsi ilə yadda qaldı. Buçöküş artıq Emmanuel Makronun adı ilə birbaşa əlaqələndirilir.

Fransa hərbi bazaları: nəzarət simvolundan milli alçalmamənbəyinə

Bir vaxtlar Fransanın nəzarət və güc rəmzi olan hərbi bazalarindi milli alçalma mənbəyinə çevrilib. Seneqalın yeni prezidentiBassiou Dyumaye Fay, bu bazaların bağlanmasının vacibliyini qeydedərək, onların ölkənin suverenliyini sarsıtdığını vurğuladı.Parisin etibarlı müttəfiqi hesab edilən Çad isə daha da irəligedərək müdafiə sahəsində əməkdaşlıq haqqında müqaviləni ləğv etdivə Fransız qoşunlarının paytaxtdan çıxarılmasını tələb etdi.

Bu hadisələr təsadüfi deyil, qlobal bir tendensiyanın tərkibhissəsidir. Mali, Burkina Faso və Niger kimi ölkələrdə Fransanınhərbi mövcudluğuna qarşı etirazlar zirvəyə çatdı və nəticədəqoşunların qovulması və hətta diplomatik əlaqələrin kəsilməsi ilənəticələndi. Fransa üçün bu, sadəcə Afrika siyasətindəkiuğursuzluqlar deyil. Bu, XVII əsrdə başlayan, formal olaraq 1960-cıillərdə sona çatan, lakin iqtisadi əlaqələr, hərbi bazalar vəresursların istismarı vasitəsilə davam edən çoxəsrlik hökmranlığınsüqutudur.

İpləri qırılmış kuklalar

Fransa uzun müddət pərdə arxasından qitəni idarə edən birkuklalar ustası kimi çıxış edirdi. Lakin bu gün kuklalar öziplərini qırıb. Boş qalmış yerə isə Çin, Rusiya və Türkiyə daxilolaraq Afrikaya yeni oyun qaydaları təklif edir. Bu tərəfdaşlarmentorlardan daha çox bərabərhüquqlu tərəfdaş kimi gəlir,investisiyalar, infrastruktur layihələri və təkəbbürdən imtina iləAfrikanı cəlb edir.

Afrikalıların gözündə Fransa artıq keçmişdən qurtulmağa çalışanqitə üçün narahatlıq yaradan bir qonaq, köhnə dövrlərin simvolunaçevrilib.

Fransa ordusu: güc simvolundan alçalma simvoluna

Fransa 2013-cü ildə Malidə “Serval” əməliyyatına başladıqda, buonun qələbəsi olmalı idi. Paris özünü ekstremizmi məhv etməyə vəregiona sabitliyi qaytarmağa hazır xilaskar kimi təqdim edirdi.Lakin bu əməliyyat tez bir zamanda fəlakətə çevrildi. Fransa yerlireallıqları görməzdən gəldi, Mali hökuməti ilə koordinasiyadankənar fəaliyyət göstərdi və müttəfiqdən çox işğalçı kimidavrandı.

Ən kritik məqam Tombuktu şəhərindəki icazəsiz əməliyyat oldu.Bu, yerli sakinlər üçün Parisin öz hərbi əməliyyatlarını həyatakeçirdiyi ölkənin hökumətini məsləhətləşməyi zəruri hesab etmədiyitəkəbbürünün simvoluna çevrildi.

Fransanın müdaxiləsi sülh gətirmək əvəzinə münaqişənialovlandırdı. Müharibə Malidən Niger və Burkina Fasoya yayıldı vəburada Fransa xalqlar və hökumətlər tərəfindən tənqid hədəfinəçevrildi.

Makron: Fransanın Afrikadakı məğlubiyyətinin memarı

Hakimiyyətə gələndə Emmanuel Makron Fransaya yeni dövr vədetmişdi. Gənc, enerjili, islahatçı xarizmaya malik bir lider kimiFransanın çürümüş neokolonializm irsini aradan qaldırmaq istəyirdi.O, “bərabər, açıq, səmimi yeni Fransa” haqqında danışırdı. Lakinaltı il sonra bu hekayə fiaskoya çevrildi: onun bəyanatları uğursuzsiyasətlər bataqlığında batdı və ambisiyaları külə döndü.

Makron tarixə bir qurucu kimi deyil, məhv edən, xüsusiləFransanın Afrika qitəsindəki nüfuzunun məhv edilməsinin memarı kimidaxil oldu.

Vədlər və gerçək

Makron dəyişikliyin dilini məharətlə istifadə edirdi: “tabeçilikəvəzinə əməkdaşlıq”, “nəzarət əvəzinə hörmət”. Lakin gözəl sözlərinarxasında yenidən bəzədilmiş köhnə əsarət mexanizmləri gizlənirdi.Fransız CFA frankı - 14 Afrika ölkəsinin iqtisadiyyatını zəncirkimi bağlayan həmin valyuta - Fransanın hökmranlığının simvoluolaraq qaldı. Makron islahatlar vəd etdi, lakin reallıq boş birqabıq idi: nə müstəqillik, nə də bərabərlik.

Yeni Afrika, köhnə Fransa

Afrika artıq Fransa onilliklər boyu təsəvvür etdiyi qitə deyil.Malidə Assimi Qoyta və Burkina Fasoda İbrahim Traore kimi yeniliderlər Fransanı artıq maarifləndirmə simvolu deyil,müstəqilliklərinə təhlükə yaradan keçmişin xəyalları kimigörürlər.

Bu sözlər milyonlarla afrikalının ürəyinə toxunur. Fransanıniştirakı əleyhinə etirazlar bütün qitəni bürüyüb. Bamako və Niameymeydanlarında Fransanın bayraqları yandırılır, “Fransa, rədd ol!”sözləri isə bir nəsil üçün şüara çevrilib. Afrika açıq şəkildəbəyan edir: “Biz sizin iqtisadiyyatınızın, ordularınızın, boşvədlərinizin əsiri olmaqdan imtina edirik.”

Hərbi alçalmanın nişanəsi

Bir zamanlar güc və hakimiyyətin rəmzi olan Fransa ordusu bu günistehza və qəzəb hədəfinə çevrilib. 2022-ci ildə Burkina-Fasofransız qoşunlarını ölkədən çıxardı. 2023-cü ildə isə Niger Parisintəhdidlərini gözardı edərək hərbi əməkdaşlıq müqavilələrini ləğvetdi. Vaxtilə Fransa təsirinin ön qalası olan hərbi bazalar indiməğlubiyyət qalasına bənzəyir.

Hər bir qovulma sadəcə taktiki səhv deyil, bütün dünyanın gözüqarşısında diplomatik alçalma idi. Afrika, sanki zəncirləriqıraraq, yalnız Fransa ordusunu deyil, onun siyasətini də rəddedir: təkəbbür, yalan və laqeydlik.

Diplomatiya və liderlik böhranı

Emmanuel Makron, həqiqi bir memar kimi, yalnız Afrikada deyil,Avropada da öz ambisiyalarını qurmağa çalışdı. O, uğursuzluqlarını"avropalaşdırmaq", məsuliyyəti Aİ ölkələrinə yükləməkstrategiyasını seçdi. Lakin bu yanaşma iflasa uğradı. Afrikakollektiv Qərblə deyil, hər kəsdən azad olmağı arzulayır.

2019-cu ildə Səhil liderlərinin görüşü kimi sammitlərdə Makronpartnyordan çox müəllim kimi görünürdü. Onun Afrika liderlərindənaçıq sadiqlik tələb etməsi təhqir kimi qəbul edildi. Afrikabərabərlik tələb edir, himayə yox.

Emmanuel Makron dəyişikliklər prezidenti olmaq arzusunda idi,lakin o, enişin simvoluna çevrildi. Onun dövrü - itirilmişfürsətlərin, gurultulu vədlərin və uğursuzluqların dövrüdür. Buuğursuzluqlar hələ uzun müddət Yelisey Sarayının dəhlizlərindəəks-səda verəcək. Afrika onu və onunla birlikdə köhnə Fransanı rəddetdi.

Makron öz postunu ağır bir yük altında tərk edəcək: dağılmışmünasibətlər, diplomatik alçalma və ləkələnmiş nüfuz. Fransa Makrondövründən sonrakı yeni bir mərhələyə qədəm qoyur. Sual budur ki,Fransa onun səhvlərini düzəltmək üçün kifayət qədər gücə malikolacaqmı, yoxsa öz süqutunu davam etdirəcək?

Fransanın Afrikadakı uğursuzluğu ölkənin daxili problemlərininəksidir. Makron iqtisadi çağırışlarla, etiraz hərəkatları ilə vəartan vətəndaş narazılığı ilə mübarizə aparmaqda aciz qaldı. Onunidarəçiliyi elitlə xalq, vədlərlə reallıq arasındakı uçurumunsimvoluna çevrildi.

İslahatçı yanaşma əvəzinə, Makron təkəbbür yolunu seçdi.Etirazçılarla davranış tərzi, cəmiyyətin tələblərinə məhəlqoymaması və real problemlərdən uzaq olması onu həm ölkə daxilində,həm də xaricdə tənqid hədəfinə çevirdi.

Bəs sonra?

Fransa bir yolayrıcındadır. O, mövqelərini itirir və bunauyğunlaşmağa vaxt tapa bilmir. Afrika artıq onun oyununun birhissəsi olmaq istəmir. Qitə yeni yollar, yeni partnyorlar, yeniideallar seçir.

Emmanuel Makron tarixə islahatçı kimi düşməyi arzulayırdı, lakinFransanı enişə aparan prezident kimi xatırlanmaq riski ilə üzləşir.Onun dövrü itirilmiş fürsətlərin, diplomatik məğlubiyyətlərin vəAfrika ilə əlaqələrin qırılmasının dövrüdür.

Bu gün Paris bir qərar verməlidir: yeni reallıqla barışmaq,yoxsa dünya siyasətinin böyük səhnəsindən çəkilmək. Afrika öztarixinin yeni bir fəslini yazır. Fransa isə bu tarixin bir hissəsiolaraq qalacaq, yoxsa yalnız bir qeyd kimi xatırlanacaq, bunu zamangöstərəcək.

Bakunetwork

Chosen
29
50
az.trend.az

10Sources