EN

SON DƏQİQƏ: Gürcüstanda 8 deputatın səlahiyyətləri LƏĞV EDİLDİ

Gürcüstan parlamenti səkkiz deputatın səlahiyyətlərini ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.

Onların arasında hakim "Gürcü Arzusu" partiyasının fəxri sədri Bidzina İvanişvili və partiyanın sədri İrakli Qaribaşvili də var.

Onlar öz istəkləri ilə vəzifələrini tərk ediblər.

Qalan altı deputatın səlahiyyətlərinin ləğv edilməsinə səbəb, deputat vəzifəsinin onların tutduğu postlarla uyğun olmamasıdır:

⚫️ İrakli Kobahidze – Baş nazir;
⚫️ Maka Boçorişvili – Xarici işlər naziri;
⚫️ Anri Oxanaşvili – ədliyyə naziri;
⚫️ Mariam Kvrivişvili – İqtisadiyyat nazirinin müavini;
⚫️ Davil Songulaşvili – Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri;
⚫️ Mixail Kavelaşvili – Gürcüstanın prezidentliyinə namizəd.

Onların yerlərini hakim partiyanın növbəti siyahı üzvləri tutacaq.

Musavat.com

Chosen
10
2
musavat.com

3Sources