Artvində dekabrın 7-də şənbə günü gecə baş verən və 4 nəfərin həyatını itirdiyi torpaq sürüşməsindən sonra bölgədə torpaq sürüşmələrinin davam etdiyi bildirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sürüşmə Qara dəniz Sahil yolunun nəqliyyata bağlanmasına səbəb olub.
Sürüşmə nəticəsində yamacdan qopan nəhəng torpaq və qaya kütlələri 200 metrlik ərazini tutub.
Yol 19 saatlıq işdən sonra tək zolaqdan nəqliyyatın hərəkətinə açılıb.
Dünən aparılan işlərdən sonra sürüşmə nəticəsində torpaq altında qalan avtomobil içərisində olan 4 nəfərin cəsədi yerindən çıxarılıb.
Həmin anlar mobil telefon kameralarına əks olunub.
Görüntüləri təqdim edirik:
Oksana