EN

Netanyahu bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq

İsrailin Baş naziri ilk dəfə olaraq təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxacaq.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün Benyamin Netanyahu rüşvətxorluq, fırıldaqçılıq və etimadın pozulması işlərində ifadə verəcək.

Netanyahuya qarşı istintaq 2016-cı ilin dekabrında başlayıb. Ona qarşı ümumilikdə 3 iş açılıb. Bunlardan birincisi prodüser Arnon Milçan və milyarder Ceyms Pakerdən 196 min dollar dəyərində bahalı hədiyyələrin alınmasına aiddir.  Netanyahunu rüşvətxorluğa görə 10 ilə, fırıldaqçılıq və etimadın pozulmasına görə isə üç ilə qədər həbs gözləyir.  Baş nazirin özü isə məhkəmədə ona qarşı irəli sürülən ittihamları rədd etmək üçün 8 il gözlədiyini bildirib.

Zərintac MayisqızıMissiya.Az

Chosen
32
missiya.az

1Sources