EN

Məktəblərdə pul yığılır? – Nazirdən sərt açıqlama

“Məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır”.

Bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O qeyd edib ki, müxtəlif zamanlarda ayrı-ayrı məktəblərdə belə hallarla bağlı şikayətlər olur və bunlar araşdırılır

“Burada iki məsələ xüsusi qeyd olunmalıdır. Məktəblərdə hansısa səbəbdən pul yığılması yolverilməz haldır və bu, dəfələrlə deyilib. Sistem böyükdür. 4400 məktəbin hansısa birində bu hal baş verirsə, biz onu araşdırır və bununla mübarizə aparırıq. Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq mühafizə orqanları tərəfindən də araşdırılır. Biz həmin adamların müvafiq cəza almasının tərəfdarıyıq”.

Nazir vurğulayıb ki, bir müəllimin, məktəbin belə fəaliyyətini bütün məktəblərə şamil etmək düz deyil:

“Belə bir ümumiləşdirmə ən azı məntiqli deyil. Söhbət bir məktəbdən gedirsə, onu araşdırıb təbii ki, ictimaiyyətə bu barədə məlumat verəcəyik. Bizim hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübutlar olmadıqda bunu təsdiq etmək çətin olur. Bu halda cəza tədbiri görüləndə direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Biz çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq. Elm və Təhsil Nazirliyi kimisə işdən çıxarır deyə bir anlayış yoxdur”./Milli.Az/

Chosen
27
49
moderator.az

10Sources