EN

Dünya Bankı Ukraynaya daha 454 milyon dollar verəcək

Dünya Bankı səhiyyə sisteminin inkişafı üçün Kiyevə 454 milyon dollar göndərəcək. Vətəninfo.az xəbər verir ki , bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz Telegram kanalında məlumat verib.

Proqramda qeyd olunub ki, dəstək THRIVE layihəsi çərçivəsində həyata keçiriləcək. Maliyyələşdirmə Yaponiya, Dünya Bankı, eləcə də Ukraynanın Xüsusi Yardım, Bərpa, Yenidənqurma və İslahatlar Fondunun qrantı hesabına həyata keçirilir.

Dünya Bankı 2022 Fevraldan bəri o, Kiyevə sosial və humanitar xərclər üçün 40 milyard dollardan çox vəsait ayırıb. Ukrayna bütün öz resurslarını ordunun və döyüş əməliyyatlarının maliyyələşdirilməsinə göndərir, sosial sektorun işi xarici vəsaitlər hesabına təmin edilir.

Chosen
27
veteninfo.az

1Sources