18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında sonuncu oyununu keçirib.
QOL..az xəbər verir ki, milli Gürcüstanla qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb - 3:0.
Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəl Latviya, Ukrayna, Estoniya və Litvayaya eyni hesabla məğlub olub.